ABŞ-ın dövlət borcu 32 trilyon DOLLARI ÖTDÜ

ABŞ-ın dövlət borcu 32 trilyon DOLLARI ÖTDÜ

Hazırda oxunan: ABŞ-ın dövlət borcu 32 trilyon DOLLARI ÖTDÜ

141907

ABŞ-ın dövlət borcunun həcmi ilk dəfə olaraq 32 trilyon dolları ötüb.  

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb. 

Bu göstəricinin pandemiyadan əvvəlki proqnozlarda gözləniləndən doqquz il əvvəl baş verdiyini yazan qəzet bildirib ki, onilliyin sonuna qədər borc 50 trilyon dollara çata bilər. 

Qeyd edək ki, bir müddət əvvəl 30 il ərzində dövlət borcunun 127 trilyon dollar artacağı və bunun 2053-cü ilə qədər bütün federal gəlirlərin 40%-i həcmində faiz xərclərinə səbəb olacağı ilə bağlı proqnoz açıqlanıb. Peterson Fondunun ekspertləri isə qəzetə açıqlamalarında, bundan narahat olduqlarını bildiriblər. 

ABŞ Xəzinədarlıq naziri Janet Yellen bir müddət əvvəl qeyd edib ki, Ağ Ev büdcə kəsirinin 3 trilyon dollar azalmasına nail olub.  

Ortamüddətli perspektivdə faiz dərəcələrinin aşağı düşəcəyinə diqqət çəkən nazir əlavə edib ki, bu da borc yükünü daha idarəolunan edəcək. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO