Ukrayna ordusunun Krıma daxil olacağı vaxt AÇIQLANDI  

Ukrayna ordusunun Krıma daxil olacağı vaxt AÇIQLANDI  

Hazırda oxunan: Ukrayna ordusunun Krıma daxil olacağı vaxt AÇIQLANDI  

140548

“Ukrayna Krımı mütləq qaytaracaq. Bu vəziyyətdə Budanovun sözləri mütləq gerçəkləşəcək”. 

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu  Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib. 

O, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Ukrayna Silahlı Qüvvələrinin yazın sonuna qədər Krıma daxil olacağı ilə bağlı verdiyi proqnozun özünü doğrultmamağını şərh edib: 

“Biz senarilərdən danışırıq. Bu, bukmeker kontorunda mərc etmək və ya divarda asılmış təqvim deyil. Düzəlişlər olur. Amma ümumi vəziyyət və ümumi qiymətləndirmə dəyişməz olaraq qalır: Ukrayna Krımı mütləq qaytaracaq”. 

A. Yusov bildirib ki, Ukrayna ordusu havalar soyumamış Krıma daxil ola bilər: 

“Ukrayna təhlükəsizlik və müdafiə qüvvələrinin aktiv döyüş fazası hazırda davam etdiyi üçün, mən hesab edirəm ki, konkret məsələni müzakirə etmək düzgün deyil. Amma düşünürəm ki, Krımın alınması isti aylarda baş verəcək”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO