Pedofil keşişlərin kimliyi ifşa olundu – Kilsə təzminat ödəyəcək

Pedofil keşişlərin kimliyi ifşa olundu – Kilsə təzminat ödəyəcək

Hazırda oxunan: Pedofil keşişlərin kimliyi ifşa olundu – Kilsə təzminat ödəyəcək

14042

Fransada 10 min uşaq pedofil keşişlərin qurbanı olub.

Bizim.Media “Ren Tv”- yə istinadən xəbər verir ki, kilsə katolik keşişlərinin şiddət qurbanlarına təzminat ödəmək niyyətindədir.

 

MÖVZU İLƏ BAĞLI:

İtən 12 yaşlı qızı pedofilin evində tapdılar – VİDEO


Müvafiq məlumatları Kilsədəki Cinsi Şiddətə Qarşı Müstəqil Komissiyanın sədri Jean-Marc Save təqdim edib.

Komissiyanın verdiyi məlumata görə, 1950-ci ildən bəri pedofil Katolik keşişlər tərəfindən təqribən 10 min uşaq təcavüzə məruz qalıb.

Bu rəqəm artıq komissiya tərəfindən toplanmış 6,5 min şahidin, eləcə də vəfat edən qurbanların və danışmaq istəməyənlərin ifadələrini əhatə edir.

İfadələri dəqiqləşdirmək üçün komissiya Milli Səhiyyə və Tibbi Tədqiqatlar İnstitutundan ümumi əhalidə cinsi zorakılıq hallarına dair bir araşdırma aparmasını istəyib.

Komissiyanın yekun hesabatı oktyabr ayında təqdim ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO