"WhatsApp"da daha bir YENİLİK: Şəkillərin keyfiyyəti... - FOTO 

Hazırda oxunan: "WhatsApp"da daha bir YENİLİK: Şəkillərin keyfiyyəti... - FOTO 

140261

"WhatsApp" messencerində fotoları keyfiyyətli göndərmək mümkün olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə "WABetainfo" xəbər yayıb. 

"WhatsApp"da göndərdiyiniz şəklin keyfiyyəti çox vaxt sıxılır. Bu səbəbdən göndərdiyiniz fotoşəkillərin keyfiyyətində problemlər olur.  

Proqram faylların daha sürətli ötürülməsi üçün defolt olaraq təsvirin keyfiyyətini təxminən 70 faiz azaldır. 

"WhatsApp"da şəkil göndərmək istəyərkən ekranın yuxarı hissəsində yeni HD seçimi görünəcək. 

Seçim yalnız böyük ölçülü fotoşəkil seçdiyiniz zaman görünür.

İstifadəçilər şəklin standart keyfiyyətdə və ya HD keyfiyyətində göndərilməsini özləri seçəcəklər. 

HD keyfiyyətində göndərilən fotoşəkillərin söhbət ekranında HD keyfiyyətində olduğunu göstərən etiket olacaq. 

"iOS 23.11.0.76" və "Android 2.23.12.13" üçün "WhatsApp"ın ən son beta versiyasını quraşdırdıqdan sonra bəzi istifadəçilər sözügedən funksiyanı istifadə edə bilərlər. 

Yeni funksiyanın yaxın həftələrdə daha çox istifadəçi üçün əlçatan olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO