Bu ölkədə fövqəladə vəziyyət elan EDİLDİ

Bu ölkədə fövqəladə vəziyyət elan EDİLDİ

Hazırda oxunan: Bu ölkədə fövqəladə vəziyyət elan EDİLDİ

140189

Kaxovka SES-də baş verən partlayışla əlaqədar olaraq Xerson vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "TASS" yayıb.

Bununla yanaşı, vilayətin Novo Kaxovka bölgəsində də fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb.
Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO