Ərdoğan: “Konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik”

Ərdoğan: “Konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik”

Hazırda oxunan: Ərdoğan: “Konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik”

140112

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiyaya dəyişikliklərlə bağlı parlamentə təklif təqdim etmək niyyətində olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Haber Türk” telekanalı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə hökumətinin yeni tərkibdə ilk iclası 4 saatdan çox çəkdi  


“Biz konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik”, - deyə R.T.Ərdoğan hökumətin iclasından sonra bildirib. 

Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak etməyə çağırıb.

"Millətimizə nə söz verdiksə, vəzifəyə gələndə də yerinə yetirməyə çalışdıq. Biz 17 dəfə millətimizin səsini qazanmışıq. Bu, bizim üçün ən böyük qazancdır. Yeni dönəmimizdə xalqımıza verdiyimiz bütün vədlərə əməl edəcəyik. Sabitlik və inamla Türk əsrini quracağıq. Terror təşkilatlarına, narkotacirlərə, cinayətkar qruplara qarşı amansız mübarizəni qətiyyətlə aparacağıq", - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO