Laporta Messinin atasından vaxt istədi

Laporta Messinin atasından vaxt istədi

Hazırda oxunan: Laporta Messinin atasından vaxt istədi

139924

"Barselona"nın prezidenti Joan Laporta PSJ-dən ayrılan Lionel Messinin atasından hələlik başqa komandadan gələn təklifi qəbul etməməyi xahiş edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.  

Kataloniya təmsilçisinin rəhbəri  Xorxe Messidən ona vaxt verməsini istəyib. Klub əmindir ki, La Liqanın təsdiqindən sonra  maliyyə planına uyğun olaraq  argentinalı hücumçu ilə müqavilə imzalaya biləcək. 

Bildirilib ki, bu gün Laporta və X.Messi müqavilənin bağlanmasını bir neçə saat müzakirə ediblər. 

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. O, 2 gün əvvəl 2021-ci ilin yayından etibarən çıxış etdiyi PSJ-dən ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO