Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimində azı 20 dövlət başçısının və 45 nazirin iştirakı gözlənilir.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq də mərasimdə iştirak etmək üçün Ankaraya gələcək.
Türkiyə liderinin şənbə gününə planlaşdırılan zəngin proqramı var. Buraya Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etmək, Böyük Millət Məclisində and içmək, eləcə də kabinetinin yeni tərkibini elan etmək daxildir.
Bir qədər əvvəl parlamentdə millət vəkillərinin andiçmə mərasimi başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan mərasimi onun üçün ayrılmış lojadan izləyir.
Bu gün 600 deputat and içərək Türkiyə Böyük Millət Məclisində fəaliyyətə başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:28 / 02.06.2023
Türkiyə Prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək
Hazırda oxunan: Türkiyə Prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək
Hazırda oxunan: Türkiyə Prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək
139418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.