Ağ Evin sözçüsü Jen Psaki “Bayden niyə Prezident Ərdoğanla telefonla danışmayıb?” sualına cavab verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “haberler.com” nəşri yayıb.
Mətbuat spikeri Psaki mətbuat konfransında “Əminəm ki, Ərdoğanla söhbət edəcək” sözlərini deyib.
O, bu telefon danışığının tarixi ilə bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, Bayden vəzifəsinə başladıqdan təxminən 50 gün ərzində Ərdoğanla əlaqə yaratmayıb.
Ərdoğan isə ABŞ-dakı yeni prezident seçkiləri ilə bağlı bunları qeyd edib:
"İnanırıq ki, ölkələrimiz arasındakı güclü əməkdaşlıq və müttəfiqlik gələcəkdə də davam edəcək və dünya sülhünə töhfə verəcək”.
Bizim.Media