Kiyevə raket hücumu: Ölənlər var - İkisi uşaqdır - FOTO

Kiyevə raket hücumu: Ölənlər var - İkisi uşaqdır - FOTO

Hazırda oxunan: Kiyevə raket hücumu: Ölənlər var - İkisi uşaqdır - FOTO

139028

Kiyev iyunun 1-ə keçən gecə raketlərin növbəti hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun verdiyi məlumata görə, bütün raketlər zərərsizləşdirilib, lakin onların qalıqlarının mülki binalara düşməsi nəticəsində ölənlər və xəsarət alanlar var. Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna paytaxtına edilən raket hücumu nəticəsində 3 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb. Kiyevin 3 rayonunda binalara ziyan dəyib.

Paytaxtın Desnyansky rayonunda yaşayış binasının pəncərələri və qapıları sınıb, eyvan partlayıcı dalğa ilə qopub. Eyni zamanda, raketlərin qalıqları uşaq klinikasında, iki məktəbdə, polis bölməsində, uşaq bağçasında dağıntılara səbəb olub. Nəticədə 2-si uşaq (5-6 və 12-13 yaşlı) olmaqla 3 nəfər ölüb, 7 nəfər xəstəxanaya yerləşdirilib, daha iki nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

Kiyevin Dneprovski rayonunda isə yaşayış evi, inzibati binada dağıntılar qeydə alınıb, park edilmiş avtomobillərə ziyan dəyib, nəticədə 3 nəfər xəsarət alıb, 2-si isə xəstəxanaya yerləşdirilib.

Kiyevin Darnitsk rayonunda da mülki binalarda dağıntılar qeydə alınıb.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO