Monteneqro Avropa İttifaqına üzv olmaq istəyir

Monteneqro Avropa İttifaqına üzv olmaq istəyir

Hazırda oxunan: Monteneqro Avropa İttifaqına üzv olmaq istəyir

139020

Monteneqro qarşıdakı beş il ərzində Avropa İttifaqının üzvü olmaq niyyətindədir. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç Brüsseldə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə görüşdə deyib. 

Y.Milatoviç bu günə qədər Monteneqronun demokratik və iqtisadi inkişafına verdiyi dəstəyə görə Aİ-yə təşəkkürünü bildirib. 

C.Borel isə Avropa İttifaqına üzvlük üçün növbədə duran ilk ölkənin  Monteneqro olduğunu qeyd edib. O, Aİ-yə üzvlük danışıqlarının başa çatdırılması üçün Monteneqroda aydın siyasi iradənin olduğunu vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO