Latviyanın yeni prezidenti SEÇİLDİ 

Latviyanın yeni prezidenti SEÇİLDİ 

Hazırda oxunan: Latviyanın yeni prezidenti SEÇİLDİ 

138985

Latviyada Prezident seçkilərinin nəticəsi açıqlanıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Latviya Seymi tərəfindən seçilən ölkənin Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Edqars Rinkeviç tələb olunan minimum 51 səsi qazanaraq Latviyanın yeni prezidenti olub. 

Belə ki, onun namizədliyini 52 deputat dəstəkləyib. 

Qeyd edilib ki, yeni prezident Rusiyanın fəal tənqidçisidir və Ukrayna hakimiyyətini aktiv şəkildə dəstəkləyir. 
Xatırladaq ki, Rinkeviçdən başqa prezident seçkilərində daha iki namizədi iştirak edib:

İş adamı Uldis Pilens və hüquqşünas Elina Pinto. Hazırkı prezident Egils Levits öz namizədliyini irəli sürməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO