ABŞ və Çin təyyarələri arasında İNSİDENT – ANBAAN VİDEO  

ABŞ və Çin təyyarələri arasında İNSİDENT – ANBAAN VİDEO  

Hazırda oxunan: ABŞ və Çin təyyarələri arasında İNSİDENT – ANBAAN VİDEO  

138865

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” təyyarəsi ilə Çin Hərbi Hava Qüvvələrinə məxsus “J-16” qırıcısı arasında Cənubi Çin dənizi üzərində gərginlik yaşanıb.  

Bizim.Media “Times of İndia” nəşrinə istinadən xəbər verir ki,  ABŞ-ın “RC-135” təyyarəsi onu müşayiət edən Çinə məxsus J-16 qırıcısına qarşı aqressiv manevr həyata keçirib.   

ABŞ Komandanlığı isə rəsmi açıqlamada, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” tipli kəşfiyyat təyyarəsinin Cənubi Çin dənizi üzərində Çin Hərbi Hava Qüvvələrinə məxsus “J-16” tipli döyüş təyyarəsi tərəfindən təcavüzə məruz qaldığını bildirib.  

Cənubi Çin dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” tipli kəşfiyyat təyyarəsinin Çin Hərbi Hava Qüvvələrinə məxsus “J-16” tipli döyüş təyyarəsi ilə həyata keçirdiyi təhlükəli manevr pilotlar tərəfindən lentə alınıb.  
Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra sahilyanı ölkələrin müstəqillik qazanmasının ardından, Cənubi Çin dənizi, mübahisə predmetinə çevrilib. Çin ilk dəfə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun özünə məxsus olduğunu iddia edir.   

1947-ci ildən etibarən Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr, bölgənin bir qisminin bu ölkələrə məxsus olması ilə bağlı iddia irəli sürüb. ABŞ region dövlətləri ilə yanaşı, Çinin bölgədəki mübahisəli adalarda hərbi bazalar tikməsinə və mülki gəmilərdən ibarət donanmasını uzun müddət saxlamasına qarşı çıxır, onun hərbi patrul və naviqasiya fəaliyyətini artırdığını bildirir.   

Qeyd etmək lazımdır ki, son bir il ərzində ABŞ ilə Çin arasında gərginlik pik həddə çatıb.  

Çinin Tayvanla yaxınlıqda, xüsusi ilə adalara yaxın ərazidə genişmiqyaslı hərbi təlimlər keçirməsinin ardından, bölgəyə donanma çıxarması ABŞ-ı hiddətləndirmişdi. Daha sonra ABŞ Tayvana ayıracağı hərbi yardım paketini böyüdəcəyini elan edib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana rəsmi səfəri isə iki ölkə arasındakı gərginliyi daha da artırıb. 

Mirzə Altay, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO