Amerikanın məşhur “Forbes” jurnalı rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti siyahısını tərtib edib.
Bizim.Media xəbər verir ki, siyahıya ikinci nəslin 49 nümayəndəsinin adı daxil edilib.
Onlar ümumilikdə 244 milyard dollar kapitala malikdirlər.
Belə ki, “Forbes”in 10 mart 2023-cü il tarixinədək olan hesablamalarındakı siyahısında “Lukoyl”un ən böyük səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov 20,5 milyard dollar kapitalla liderlik edir.
İkinci yerdə “EuroChem” və “SUEK”in təsisçisi Andrey Melniçenkonun qızı və oğlu (hər biri 12,6 milyard dollar kapitalla), üçüncü yerdə “Sibur” və “Novatek” şirkətlərinin ortaq sahibi Leonid Mixelsonun varisləri (hər biri 10,8 milyard dollar) qərarlaşıb.
“Forbes”in məlumatına görə, 2023-cü il martın 10-na Rusiyada ümumi sərvəti 505 milyard dollar olan 110 milyarder var. Bu məbləğ onların uşaqlarının ümumi sayına (340) bərabər bölünsə, onların hər biri payına düşən 1,5 milyard dollar kapitalla milyarder hesab olunurlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:35 / 31.05.2023
“Forbes”də ilin ən zəngin varisi azərbaycanlı seçildi - Rekord məbləğdə kapitalla - FOTO
Hazırda oxunan: “Forbes”də ilin ən zəngin varisi azərbaycanlı seçildi - Rekord məbləğdə kapitalla - FOTO
Hazırda oxunan: “Forbes”də ilin ən zəngin varisi azərbaycanlı seçildi - Rekord məbləğdə kapitalla - FOTO
138825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.