NATO Litvaya

NATO Litvaya "Patriot" raketləri göndərir – Rusiyada NARAHATLIQ ARTIR 

Hazırda oxunan: NATO Litvaya "Patriot" raketləri göndərir – Rusiyada NARAHATLIQ ARTIR 

138540

Almaniya Litvada NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitinin təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın “Patriot” zenit-raket kompleksini yerləşdirəcək.   

Bizim.Media xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.  

Hava hücumundan müdafiə sistemləri Slovakiyadan köçürüləcək, onların köməkçi bölmələri isə Polşadan gətiriləcək.  

Almaniya Müdafiə Nazirliyi həmçinin NATO sammitinin keçirildiyi günlərdə Litvada sammitin keçirilməsi zamanı yer, hava və dəniz müdafiəsi vasitələrini yerləşdirəcək. Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Polşada yerləşdirilən müdafiə elementlərinin Litvada yerləşdiriləcəyi barədə ətraflı məlumat verməkdən imtina edib.  

Almaniya bu günə qədər Slovakiyada iki, Polşada isə üç “Patriot” batareyasını yerləşdirib.  

Vilnüsdə keçiriləcək sammitdə NATO liderləri, Ukraynaya kömək üçün çoxillik proqramı qəbul edəcəklər. O, Kiyevə sovet silahlarından tamamilə qərb sisteminə keçməyə imkan verəcək və alyans üzrə müttəfiqlərlə operativ uyğunluq əldə olunacaq.  

Sammit 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək.  

Rusiyalı ekspertlər hesab edir ki, bu komplekslərin Litvaya NATO sammitinin təhlükəsizliyi bəhanəsi ilə göndərilməsi başadüşüləndir. Çünki Qərb bunu aşkar surətdə etsə, avtomatik olaraq Rusiya sərhədə “İskəndər M”, “Kalibr” raketləri və qitələrərarası ballistik raketlər böndərə bilər.  

Xatırladaq ki, müharibənin ilk aylarında bu təşəbbüsün irəli sürülməsi, Rusiyanın əraziyə donanma çıxarmasına səbəb olmuşdu.  
Qeyd edək ki, NATO-nun əvvəlki sammiti 2022-ci ilin yayında Madriddə keçirilib. Görüşdə diqqət çəkən əsas məqam 2030-cu ilədək Strateji Konsepsiyanın təsdiqlənməsi olub. Blok Rusiya Federasiyasını təhlükəsizliyin «ən əhəmiyyətli və birbaşa təhlükəsi» kimi göstərib. 

Mirzə Altay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO