“Özünün və uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.
O, qeyd edib ki, prezident seçkilərinin ikinci turu xalqın iradəsi ilə tamamlanıb:
“İki bayram arasında bizə demokratiya bayramı yaşadan xalqıma təşəkkür edirəm. Özünün və uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram. 21 ildir layiq olduğumuz kimi, bundan sonra da Türk xalqına layiq olmağa çalışacağıq”.
Bizim.Media