Britaniya səfirindən Azərbaycan dilində TƏBRİK - VİDEO

Britaniya səfirindən Azərbaycan dilində TƏBRİK - VİDEO

Hazırda oxunan: Britaniya səfirindən Azərbaycan dilində TƏBRİK - VİDEO

138400

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.

Bizim.Media xəbər veir ki, səfirin Azərbaycan dilində səslənən bu videomüraciəti “Twitter” hesabında paylaşılıb.

“Əziz azərbaycanlılar! 28 May Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini əldə edib və Şərqdə ilk dünyəvi demokratik respublikanı qurub. Bu respublikanın dəyərləri bizim bu gün də yaşadacağımız dəyərlərdir. Azadlıq, ictimai-siyasi həyatda qadınların rolu, insan haqları və söz azadlığı, 70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz! Bütün Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə təbrik edirəm ”- deyə paylaşımda bildirilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO