“Ermənistan müharibəyə son qoymaq istəyir” – İrəvan parlamentinin vitse-spikeri 

“Ermənistan müharibəyə son qoymaq istəyir” – İrəvan parlamentinin vitse-spikeri 

Hazırda oxunan: “Ermənistan müharibəyə son qoymaq istəyir” – İrəvan parlamentinin vitse-spikeri 

137743

Ermənistan regionda “sürünən” müharibəyə son qoymaq istəyir. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spiker, hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Akop Arşakyan Azərbaycanla danışıqları şərh edərkən deyib. 

Onun sözlərinə görə, İrəvan vəziyyətin stabilləşməsinə və Qarabağ erməniləri üçün real təhlükəsizlik təminatları almağa çalışır. 

“Ermənistanın Qarabağ məsələsi kontekstində yanaşması ondan ibarətdir ki, sülh müqaviləsi özündə Xankəndi və Bakı arasında beynəlxalq müşahidəçilərin iştirakı ilə dialoq mexanizmlərini birləşdirməlidir. 

Söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən birtərəfli qaydada tanınmasından getmir, bu proses qarşılıqlı xarakter daşıyır”, - Arşakyan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO