Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. O, ölmək fikrində olmadığını deyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BELTA agentliyi yayıb.
“Əgər kimsə mənim öləcəyimi düşünürsə, rahat olsun. Bu xəbər sadəcə messencerlərdə və Telegram kanallarında yayılan boş söhbətdən başqa bir şey deyil", deyə o, qeyd edib.
Lukaşenko izah edib ki, onun çox sıx qrafiki var.
“Müalicə olunmaq imkanım yox idi. Moskvaya, Qrodnoya, sonra isə Qomelə getməli oldum, gərginliklər üst-üstə yığıldı. Ona görə də mən ölməyəcəyəm, hələ uzun müddət əziyyətimi çəkəcəksiniz”, - Lukaşenko bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:56 / 24.05.2023
Lukaşenko: "Mən hələ ölməyəcəyəm, rahat olun"
Hazırda oxunan: Lukaşenko: "Mən hələ ölməyəcəyəm, rahat olun"
Hazırda oxunan: Lukaşenko: "Mən hələ ölməyəcəyəm, rahat olun"
137649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.