Aİ ölkələri daşqınlarla əlaqədar İtaliyaya yardım edir

Aİ ölkələri daşqınlarla əlaqədar İtaliyaya yardım edir

Hazırda oxunan: Aİ ölkələri daşqınlarla əlaqədar İtaliyaya yardım edir

137185

İtaliya hakimiyyəti bazar günü xüsusilə Emiliya-Romanya bölgəsinə təsir edən şiddətli daşqınlar və torpaq sürüşmələri səbəbindən Aİ mülki müdafiə mexanizmini işə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.

"Yardım sorğusu Avropa Mülki Müdafiəsindən yüksək tutumlu nasos avadanlığına aiddir", - deyə açıqlamada bildirilir.

Avropa İttifaqı mülki müdafiə mexanizmi vasitəsilə Avstriya, Bolqarıstan, Almaniya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və Fransadan İtaliyaya bu cür avadanlıqların təkliflərini təcili olaraq təşkil edib.

Brüsseldə qeyd ediblər ki, Avropanın fövqəladə hallara reaksiya üzrə koordinasiya mərkəzi İtaliyanın hakimiyyət orqanları ilə daimi əlaqədədir və Aİ zərurət yaranacağı halda əlavə yardım göstərməyə hazırdır.
Bildirilir ki, Aİ-nin "Copernicus" peyk sistemi İtaliyanın mülki müdafiə orqanının tələbi ilə su altında qalmış ərazilərin xəritəsini də təqdim edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO