İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı - BAYRAQ QALMAQALI

İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı - BAYRAQ QALMAQALI

Hazırda oxunan: İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı - BAYRAQ QALMAQALI

137177

İsveçrənin Tehrandakı səfiri Nadine Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tasnim” məlumat yayıb.

O, diplomatik missiyanın “Twitter“ səhifəsində son yazıları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Agentlik vurğulayır ki, diplomatın çağırılmasına səbəb İsveçrənin İranın daxili işlərinə qarışması, habelə bu ölkənin səfirliyi tərəfindən sosial şəbəkələrdə öz səhifəsindən qeyri-peşəkar şəkildə istifadə edərək İranın bayrağının təhrif olunmuş şəkillərini dərc etməsi olub.
Nəşr qeyd edir ki, Lozanoya bu cür hərəkətlərdən narazılıq və İslam Respublikası rəhbərliyinin etirazları barədə məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO