Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşdən öncə qızğın döyüşlərin getdiyi Baxmut şəhəri ilə bağlı birmənalı qarşılanmayan açıqlamasına aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısı Yaponiyanın Xirosima şəhərində keçirilən “Yeddilik Qrupu”nun (“G7”) yekunlarına dair mətbuat konfransında danışıb.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna ordusu Baxmutu mühasirəyə alıb - Nazir müavini
“Ukrayna hərbçiləri Baxmutdadırlar, onların üzərinə vacib vəzifə düşür. Bu o deməkdir ki, bu gün Baxmut Rusiya tərəfindən ələ keçirilməyib”, - Ukrayna lideri vurğulayıb.
Bizim.Media