Baxmutdakı son duruma aydınlıq gətirildi

Baxmutdakı son duruma aydınlıq gətirildi

Hazırda oxunan: Baxmutdakı son duruma aydınlıq gətirildi

137131

Ukrayna hərbçiləri mövqelərini qorumağa və işğalçıları hücumlarını dəf etməyə davam edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Vostok” qruplaşmasının sözçüsü Sergiy Çerevatı “Suspilne” telekanalına açıqlayıb.

“Vəziyyət ağırdır. Hərbçilərimiz şəhərin cənub-qərb hissəsində istehkam və bir neçə tikili saxlayırlar. Ağır döyüşlər gedir”, - o deyib.

Eyni zamanda, Çerevatı əlavə edib ki, işğalçılar Baxmuta simvolik önəm verirlər, lakin şəhərin ələ keçirilməsi ilə bağlı bəyanatlar verməyə tələsiblər. Onun sözlərinə görə, USQ cinahlarda düşmənə təzyiq göstərməkdə davam edir:

“Rusiya bu Baxmuta elə diqqət çəkir ki, elə bil Dnepri alıblar. Əslində, axıra qədər almayıblar. Şəhər dağıdılıb, bu onlara heç bir hərbi, hətta siyasi yarar da gətirmir”.

Xatırladaq ki, mətbuatda Ukrayna Prezidenti Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini etiraf etməsinə dair məlumatlar yayılsa da, Ukrayna Prezident Ofisi məsələyə aydınlıq gətirərək bu məlumatları təkzib edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO