Lukaşenko Ukraynanın əks-hücumunu dezinformasiya adlandırdı

Lukaşenko Ukraynanın əks-hücumunu dezinformasiya adlandırdı

Hazırda oxunan: Lukaşenko Ukraynanın əks-hücumunu dezinformasiya adlandırdı

136631

"Ukraynanın əks-hücumla bağlı bəyanatları dezinformasiyasıdır".

Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko mayın 18-də KTMT Parlament Assambleyası Şurasının iclasının iştirakçıları ilə görüşdə danışıb.

"Bizi bu münaqişənin genişləndirilməsində ittiham etməzdən əvvəl danışıqlar masasına qayıtmalıdırlar. Müharibəni dayandırmaq üçün ilkin mərhələdə Rusiya-Ukrayna danışıqlarının bir neçə raundunun gedişində hazırlanan sənədi götürün. İndi çoxları deyir: “Əks-hücum, əks-hücum!” – deyə prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, istənilən döyüşdə dezinformasiya çox təhlükəlidir:

"Stalinqrad yaxınlığındakı Kursk döyüşünü xatırlayın. Biz düşməni uğurla dezinformasiya etdik və döyüşdə qalib gəldik".

"Amma deməliyəm ki, ən böyük dezinformasiya məhz bu "əks-hücum"dur. Mənim nöqteyi-nəzərimdən heç bir "əks-hücum" yoxdur və ola da bilməz. Elə etmək istəyirlər ki, ukraynalılar bizi bu qarşıdurmada boğsunlar. Cəbhədə bu günün mahiyyəti budur. Bu, bizim hasarımızın düz arxasında baş verir”, - deyə prezident bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO