İlon Mask üzr istədi:

İlon Mask üzr istədi: "Haqsızlıq etmişəm" - FOTO

Hazırda oxunan: İlon Mask üzr istədi: "Haqsızlıq etmişəm" - FOTO

136613

Xəbər verdiyimiz kimi, İlon Mask deyib ki, milyarder Corc Soros insanlığa nifrət edir. “Twitter”in rəhbəri bununla bağlı şəxsi sosial şəbəkəsində paylaşım edib. Mask yazıb ki, Soros ona "İks Adamlar" kainatının canisi Maqnetonu xatırladır.

Bizim.Media xəbər verir ki, Mask Sorosu Maqneto ilə müqayisə etdiyinə görə bu gün üzr istəyib.

“Bu müqayisəyə görə üzr istəyirəm. Maqnetoya qarşı həqiqətən haqsızlıq etmişəm", deyə o, qeyd edib. 

Xatırladaq ki, iki gün öncə sosial şəbəkələrdə 92 yaşlı Corc Sorosun infarkt keçirərək öldüyü barədə xəbər yayılmışdı. 

Ardınca Sorosun özü təkzib edərək, sağlam olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO