“Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin”.
Bizim.Media xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan öz kimliyini bərqərar edən dövlətə çevrilib” - Pakistan rəsmisi
Olena Kondratyuk deyib ki, Azərbaycan Ukraynaya təcili ehtiyac duyulan yardımları göstərir:
“Ukraynanın suverenliyinə dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Biz Ukraynanın bütün ərazilərini geri qaytarmalıyıq. Azərbaycan bayrağı da Azərbaycanın bütün torpağında dalğalanmalıdır”.
Olena Kondratyuk Heydər Əliyevin Ukraynanın dostu olduğunu bildirib və Ukraynanın ən ali mükafatı ilə təltif edildiyini xatırladıb.
Bizim.Media