Türkiyə seçkilərində həlledici şəxs Sinan Oğanın 5 ŞƏRTİ

Türkiyə seçkilərində həlledici şəxs Sinan Oğanın 5 ŞƏRTİ

Hazırda oxunan: Türkiyə seçkilərində həlledici şəxs Sinan Oğanın 5 ŞƏRTİ

136223

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkiləri II tura qalıb. Belə ki, səsvermə prosesi mayın 28-i baş tutacaq. “ATA İttifaqı”ndan prezidentliyə namizəd Sinan Oğan 5,17% səs toplayaraq seçkinin II tura keçirilməsində mühüm rol oynayıb.

Bizim.Media xəbər verir ki, Oğanın 2-ci turda dəstəkləyəcəyi namizəd üçün 5 şərtinin olacağı deyilir.

Qeyd edək ki, o, hazırda 2 milyon 829 min 634 seçicinin səsini qazanaraq seçki nəticələrinə birbaşa təsir edəcək mövqedə dayanıb.

İndi isə ona səs verən şəxslərin prezidentlik uğrunda mübarizə aparan hazırkı dövlət başçısı, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı, yoxsa Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib-dəstəkləməyəcəyi müzakirə olunur.

“Hürriyət”in köşə yazarı Umut Erdem bu məsələyə toxunub və seçimdə Sinan Oğanın 5 şərtini açıqlayıb.

Onun sözlərinə görə, 55 yaşlı Sinan Oğan seçicilərin fikirlərinə təsir etmək üçün mayın 28-nə qədər müxtəlif məsləhətləşmələr aparmaq barədə qərara gəlib.

Oğan dəstəkləyəcəyi namizədlə bağlı 5 vacib şərt müəyyən edib.

Bunlar Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, 66-cı maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə (bir müddət öncə DEVA Partiyasının sədri Ali Babacan “Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür” ifadəsinin yer aldığı 66-cı maddənin yenidən nəzərdən keçirilməli olduğunu bildirib - red.) qarşı sərt mövqe sərgilənməsi, 13 milyon qaçqının göndərilməsi, son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq, terror təşkilatları və onların siyasi strukturları ilə uzaqlıqdır. 

Qeyd edək ki, mayın 14-də keçirilən prezident seçkilərinin I turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO