Qərb Ermənistana təzyiqi artırır - DETALLAR

Qərb Ermənistana təzyiqi artırır - DETALLAR

Hazırda oxunan: Qərb Ermənistana təzyiqi artırır - DETALLAR

136194

ABŞ-ın "The Wall Street Journal" (WSJ) nəşri bəzi postsovet ölkələri, xüsusən Ermənistan vasitəsilə Rusiyanın genişmiqyaslı Qərb sanksiyalarından necə yan keçməsinə dair araşdırma hazırlayıb.

Bizim.Media xatırladır ki, mötəbər nəşrin materialında açıqlanan detallar Azərbaycan üçün heç də yenilik deyil. Ancaq bu, Qərbdə ciddi narahatlıq doğurub. Belə ki, İrəvan Moskva üçün sanki bur tutacaq elementinə çevrilib.

Nəşr qeyd edir ki, ermənilərin atdığı "addımlar" getdikcə üzə çıxır. Bu baxımdan Ermənistan hakimiyyətinə kənardan təzyiqlər güclənir.

Mövzu ilə bağlı Ermənistan hökumətinin sözçüsü WSJ-nin jurnalistləri qarşısında haqq qazandıraraq deyib ki, İrəvan sanksiyalara əməl edir. 

Onun dediklərindən belə çıxır ki, ikinci dərəcəli sanksiyalardan qorxan Ermənistan Moskvadan üzr istəyəcək və sanksiyalardan yan keçmək üçün Kremldən üz döndərəcək.

Paşinyan da dünən bu haqda danışıb: “Ermənistan Rusiyaya zərər vermək istəmir, lakin biz sanksiyalara məruz qala bilmərik”.

Ermənilər indiyədək nəyə ümid ediblər? Makronla dostluğa görə bəlkə fikirləşiblər ki, ABŞ  ermənilərin özününkü hesab edəcək və bildirəcək ki, İrəvana bu addımı atmaq olar. Və yaxud pulla aldıqları konqresmenlərə bel bağlayıblar?
Görünən odur ki, Qərb gec-tez hiyləgər ermənilərə qarşı ölçü götürəcək.

Bəlkə də artıq ölçü götürür. Yerdə qalanı isə zaman məsələsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO