Tbilisidə Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə mitinq keçirilir

Tbilisidə Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə mitinq keçirilir

Hazırda oxunan: Tbilisidə Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə mitinq keçirilir

136146

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə etiraz aksiyası keçirilir. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, etirazçılar Gürcüstan hakimiyyətinin Moskvanın birbaşa uçuşlara qadağaları aradan qaldırmaq, eləcə də Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək qərarına müsbət reaksiyasını tənqid edirlər. 

Onlar ölkə rəhbərliyindən tezliklə Tbilisi ilə Moskva arasında birbaşa uçuşların qadağan edilməsini tələb edirlər. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da imzaladığı fərmanla 2019-cu ilin iyun ayından qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO