Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon Gəncədə SƏFƏRDƏDİR - FOTO 

Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon Gəncədə SƏFƏRDƏDİR - FOTO 

Hazırda oxunan: Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon Gəncədə SƏFƏRDƏDİR - FOTO 

136137

Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Ann Buayon Gəncəyə rəsmi səfərə gəlib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, diplomat şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.  

Söhbət zamanı  ikitərəfli əməkdaşlığın imkanları ətrafında müzakirələr aparılıb. Niyazi Bayramov qonağı salamlayaraq, Gəncə şəhərinin iqtisadi, sənaye, elm, təhsil və digər sahələri haqqında məlumat verib.  

Bildirib ki, ölkə üzrə ikinci ən böyük sənaye şəhəri olan Gəncədə hazırda, “Azəralüminium” ASC, Gəncə Avtomobil Zavodu, “Gəncə Şərab - 2” və digər müəssisələr fəaliyyət göstərir.

Bununla yanaşı,  "Azərbazalt" MMC-nin sifarişi ilə Gəncədə orqanik gübrə istehsalı zavodu inşa edilir. Zavodda Göygöl rayonunun 10,8 hektar ərazisi olan Çaykənd yatağından çıxarılan bazalt emal ediləcək. Şəhər rəhbəri gələcəkdə zavodda istehsal olunacaq məhsulun Avropa bazarına da ixracının nəzərdə tutululduğunu diqqətə çatdırıb.  

Eyni zamanda, şəhər rəhbəri  bildirib ki,  bu gün “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın “SDF Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlanıb. 

Söhbət zamanı, o da bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi məhz Gəncə şəhəridir.
Fransanın Fövqəladə və Səlahiyyətli səfiri xanım Ann Buayon səmimi qarşılanmaya görə və ətraflı məlumat üçün Niyazi Bayramova öz minnətdarlığını bildirib. Xanım Ann Buayon ölkəmizdə diplomatik fəaliyyətinin başladığı müddətdə ilk rəsmi səfərini məhz Gəncə şəhərinə etdiyini diqqətə çatdırıb.  

Görüşdə  ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları da müzakirə edilib. Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib. 

Görüşdən sonra xanım Ann Buayon 44 günlük Vətən müharibəsi  Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Səfirə törədilən terror barədə geniş məlumat verilib.  

Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb.  Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 

Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO