"Merkel Ərdoğanla görüşmədi, Davudoğlu ilə gizli danışıqlar apardı" - Alman qəzetindən şok iddia

Hazırda oxunan: "Merkel Ərdoğanla görüşmədi, Davudoğlu ilə gizli danışıqlar apardı" - Alman qəzetindən şok iddia

135997
Almaniyanın  "Die Welt" qəzeti  baş nazir Angela Merkelin göndərdiyi bir heyətin keçmişdə Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  və ətrafı ilə görüşməkdən imtina etdiyi və baş nazir Əhməd Davudoğlu ilə gizli danışıqlar apardığını yazıb.

Qəzet Almaniyanın Davudoğlunun  vəzifəsindən getməsindən çox narahat olduğunu da qeyd edib. 

Qəzetin şərhçisi Robin Alexander   baş nazir Əhməd Davudoğlunu qəhrəman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı isə "bütün problemlərin səbəbkarı" adlandırıb. 

"Die Welt" qəzeti həmçinin, Əhməd Davudoğlu və ətrafının AKP-nin "elit qanadı" olduğunu da yazıb.

Qeyd edək ki,  "Die Welt" qəzeti  Türkiyə və Ərdoğana qarşı qərəzli mövqeyi ilə seçilir. Qəzet Davudoğlunun baş nazirlikdən getmə qərarından öncə yazdığı bir çox yazılarda Türkiyənin baş nazirini də sərt şəkildə tənqid edirdi.(Avropa.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO