Zelenski Almaniyadan Fransaya yola düşəcək

Zelenski Almaniyadan Fransaya yola düşəcək

Hazırda oxunan: Zelenski Almaniyadan Fransaya yola düşəcək

135945

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Fransaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AFP agentliyi yayıb. 

“Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Romada, bu gün isə Almaniyada səfərdə olub.  Hazırda isə Parisə gedəcəyi gözlənilir”, - agentlik bildirib.

Qeyd edək ki, bu,  Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna prezidentinin Fransaya ilk səfəri deyil. Belə ki, cari ilin fevralında Zelenski Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüşmək üçün Parisə getmişdi.
Xatırladaq ki, Ukrayna prezidenti müharibə başlayandan bəri Almaniyaya ilk rəsmi səfərə gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO