Türkiyədə səsverməyə atla gələnlər - FOTO

Türkiyədə səsverməyə atla gələnlər - FOTO

Hazırda oxunan: Türkiyədə səsverməyə atla gələnlər - FOTO

135927

Düzcedə muay tay növü üzrə idmançı, 33 yaşl Muhammet Bişgin də prezident və parlament seçkilərində iştirak edib. O, səs verəcəyi Beyciler ibtidai məktəbinə yeniçəri paltarı geyinərək atla gılib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Trthaber.com” saytı yayıb.

Atının cilovunu məktəbin pilləkənində  bağlayan Bişgin 1084 saylı seçki məntəqəsində səs verib.

"Vətəndaşlar yol boyu böyük maraq göstərdi. Seçki ruhunu yaşatmaq istədik. Seçki demokratiya bayramıdır. İstədim ki, bayram əhval-ruhiyyəsində qeyd edəm. Bu seçki bizim və Türkiyə üçün bir təkan olacaq”, deyə o bildirib.

Milli komandanın da məşqçisi olduğunu açıqlayan Bişgin at sürməyə marağı olduğu deyib.

İskəndərunda isə kran ustası Abdullah Cıla səs vermək üçün atla Dənizciler Gübretaş orta məktəbinə gəlib və  "Yörük Kızı" adlı atını küçədəki işıq dirəyinə bağlayıb. 

"Hər kəsdə bir heyvan sevgisi var. Mən rəhmətlik Cüneyt Arkın kimi atları sevirəm" deyə o vurğulayıb. 

İzmirin Bornova səmtində yaşayan at təlimçisi Faruk Ceren səhər tezdən səs vermək üçün məntəqəyə gedib.

O da yeniçəri paltarı geyinərək atla səsverməyə yola düşüb.

"Bu gün demokratiyanın tələblərini yerinə yetirmək və səs vermək üçün atımla sandıq başına gəldim. Gərgin bir dövr yaşayırıq. Bu gərginliyi atmaq üçün nəqliyyat vasitəsi kimi atımı seçdim. Xoş bir səyahət oldu və vətəndaşlardan müsbət reaksiyalar aldım.Yenidən atımla evimə qayıdacağam”, - deyə Faruk Ceren bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO