Rus ordusu yenidən Ternopola hücum etdi

Rus ordusu yenidən Ternopola hücum etdi

Hazırda oxunan: Rus ordusu yenidən Ternopola hücum etdi

135882

Bazar günü səhər tezdən Rusiya ordusu Ukraynanın Ternopil bölgəsinə raket zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vladimir Truş bildirib.

Onun sözlərinə görə, bağ evləri və ticarət obyektləri zədə alıb.

Məlumatda bildirilir ki, raketlər bölgəyə gecənin ikinci aviareydi zamanı - səhər saat 5 radələrində düşüb.

“Hadisə yerinə gələn mütəxəssislər iki evin, on iki bağ evinin dağılmasını qeydə alıblar. Hadisə yerində başlayan yanğın dərhal söndürülüb. Həmçinin mülki ticarət və təsərrüfat obyektləri və 9 yük maşını raket zərbələri nəticəsində zədələnib” – məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO