Ərdoğandan Kılıçdaroğluna XATIRLATMA: “Putinə hücum edə bilməzsən!”

Ərdoğandan Kılıçdaroğluna XATIRLATMA: “Putinə hücum edə bilməzsən!”

Hazırda oxunan: Ərdoğandan Kılıçdaroğluna XATIRLATMA: “Putinə hücum edə bilməzsən!”

135726

“İndi də Kamal Kılıçdaroğlu cənab Putinə, Rusiyaya hücum edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu Rusiya ilə bağlı mövqeyini şərh edərkən bildirib. 

“Kılıçdaroğlu, Bayden Ərdoğanın məğlub olmasını istəyirdi, qeydlərdə var. Amma sən acizsən, çarəsizsən! Mən o zaman “Bayden niyə belə dedi?” demədim. Halbuki mən səndən daha öncə Baydeni tanıyırdım. İndi isə sən Putinə hücum edəndə, bununla razılaşa bilmərəm.
Rusiya ilə olan münasibətlərimiz hazırda Amerika ilə münasibətlərimizdən heç də geridə deyil. Rusiya ilə olan ticarətimiz Amerikadan daha çoxdur. Amma Bay Kamal, sən dövlət idaretməsi nədir, bilmirsən! Biz dünyanın istənilən ölkəsi ilə razılaşırıq. Sən bilmirsən! Fəqət, o fürsət də səndə olmayacaq”, - deyə Ərdoğan qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO