Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət REJİMİ BİTDİ

Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət REJİMİ BİTDİ

Hazırda oxunan: Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət REJİMİ BİTDİ

135571

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus dünya səhiyyəsində meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejiminin bitdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Qebreyesus bu haqda ÜST-nin qlobal sağlamlıq problemləri ilə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

“Meymunçiçəyi virusu səbəbiylə 111 ölkədən 87 min yoluxma hadisəsi və 140 ölüm halı ÜST-ə bildirilib”, - deyə baş direktor qeyd edib.
Qebreyesus son üç ayda meymunçiçəyi virusuna yoluxma hallarının əvvəlki üç aya nisbətən 90 faiz azaldığını bildirib.

“Komitə mənə birdən çox ölkədə görülən meymunçiçəyi virusunun artıq beynəlxalq əhəmiyyətli bir fövqəladə hal ifadə etmədiyini dedi. Qəbul etdim. Bununla belə, COVID-19 pandemiyasında olduğu kimi, bu, xəstəliyin bitdiyi demək deyil”, - deyə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO