“Twitter”in sahibi amerikalı milyarder İlon Mask şirkətə rəhbərlik edəcək şəxsi (CEO) tapdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, “Tesla”nın sahibi bu barədə rəsmi “twitter” hesabında məlumat verib.
Mask yeni rəhbərin kimliyini açıqlamasa da, onun qadın olduğunu və altı həftədən sonra işə başlayacağını qeyd edib:
““Twitter” üçün yeni CEO işə götürdüyümü elan etmək istəyirəm. O xanım 6 həftədən sonra yeni vəzifəsinin icrasına başlayacaq. Mənim şirlətdəki vəzifələrim isə icraçı və texniki direktor, məhsul, proqram təminatı və sistemlərə nəzarət etməkdən ibarət olacaq”.
Bizim.Media
Excited to announce that I’ve hired a new CEO for X/Twitter. She will be starting in ~6 weeks!
— Elon Musk (@elonmusk) May 11, 2023
My role will transition to being exec chair & CTO, overseeing product, software & sysops.