Rusiya Ordusu Donetsk vilayətinin Toretsk şəhərinə raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
O bildirib ki, ruslar yaşayış sahəsini “Smerç”lə hədəf alıblar:
“Üç ev tamamən dağılıb, yerli sakinlər yaralanıb. Yaralılara təcili tibbi yardım göstərilib, onlardan birinin vəziyyəti ağır olaraq qalır”.
Bildirilib ki, hücum nəticəsində 9 nəfər xəsarət alıb.
Bizim.Media