Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan və Qarabağdan keçir”

Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan və Qarabağdan keçir”

Hazırda oxunan: Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan və Qarabağdan keçir”

135550

“Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzurdan və Qarabağdan keçir”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluya xitabən qeyd edib. 

Nazir Türkiyənin Azərbaycandan yan keçə bilməyəcəyini deyib: 

“Azərbaycandan nə istəyirsiniz? Azərbaycan Qarabağı geri alanda hər cür dəstəyi verdik. Siz “təəssüf ki, Türkiyə Azərbaycanı dəstəklədi" - dediniz. Azərbaycan niyə hərb meydanına endi? Öz torpaqlarını geri almaq üçün. Azərbaycan Ermənistanın torpaqlarına hücum etməyib ki?” 

Çavuşoğlu qeyd edib ki, bu gün türk dünyası güclüdür: “Öz milli müdafiə sistemlərimiz var. Düşmənə möhtac deyilik. Azərbaycandan nə istəyirsiniz? Bu gün Türkiyə böyük türk dünyasını birləşdirir. Bu gün Türkiyə Türk Dövlətləri Təşkilatının arzusunu, yəni türk dünyasının birləşmək arzusunu həyata keçirən bir ölkədir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO