Mayın 7-də İranın Xarici İşlər Nazirliyinin saytına haker hücumu olub.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, məlum olub ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan SEPAH və onun Qüds qanadının köhnə üzvlərindən biri olub və hazırda radikal və yarıhərbi Bəsic qüvvələrinin fəal üzvüdür.
Haker hücumundan sonra XİN saytına bir neçə saatlığına giriş mümkün olmayıb. Hücum barədə xəbəri Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani təsdiqləyib.
Hakerlər hücumla bağlı yaydıqları məlumatda XİN-in 11 min işçisi və İranın xaricdə fəaliyyət göstərən diplomatları haqda məlumatları ələ keçirdikləri bildiriblər.
Haker qrupunun iddiasına görə, İranın Xarici İşlər Nazirliyinin 210 saytı və sistemi kiberhücum nəticəsində istifadəsiz vəziyyətə salınıb.
Xarici İşlər Nazirliyinin Bəsic Müqavimət Mərkəzinin bazalarının Mərkəzi Şura üzvləri, müşavirləri və komandirlərinin siyahısı, Xarici İşlər Nazirliyindəki “Kərbəla” Bəsic Təşkilatının siyahısı ələ keçirilən sənədlər arasındadır.
Qrup Xarici İşlər Nazirliyinin məsul şəxslərinin telefon nömrələri, habelə onların sərəncamında olan avtomobillərin siyahısı, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin pasportunun şəkli, Hüseyn Əmirabdullahyanın Bəsic təşkilatında üzvlük kartının fotolarını yayıb.
Qeyd edək ki, İranda mühüm və həssas infrastrukturlara kiberhücumlar son illərdə əhəmiyyətli dərəcədə artıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:21 / 08.05.2023
İran xarici işlər nazirinin əsl kimliyi üzə çıxdı - SENSASİON DETAL
Hazırda oxunan: İran xarici işlər nazirinin əsl kimliyi üzə çıxdı - SENSASİON DETAL
Hazırda oxunan: İran xarici işlər nazirinin əsl kimliyi üzə çıxdı - SENSASİON DETAL
134941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.