Ticarət mərkəzində atışma: 8 nəfər öldü - VİDEO

Ticarət mərkəzində atışma: 8 nəfər öldü - VİDEO

Hazırda oxunan: Ticarət mərkəzində atışma: 8 nəfər öldü - VİDEO

134736

Texas ştatının Allen şəhərində atışma nəticəsində 8 nəfər həlak olub.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, hadisə “Allen Premium Outlets” ticarət mərkəzində baş verib.

Binada olan şəxslərdən biri 30-a yaxın atəş səsi eşitdiyini iddia edir. Atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

CNN-in polisə istinadən verdiyi məlumata görə, insident nəticəsində ölən 8 nəfərdən 6-sı yerindəcə, digər 2-si isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO