Fransa vətəndaşı avtomobili ilə Polşa ilə sərhəddə yerləşdirilən şlaqbaunu dağıdaraq, Rusiya ərazisinə keçib.
Bizim.Media xəbər verir ki, sərhəd buraxılış məntəqəsində yerləşdirilən müşahidə kameraları tərəfindən lentə alınan görüntülər “Telegram” kanallarında yayılıb.
Görüntülərə əsasən, həmin şəxsin idarə etdiyi “Citroen” markalı avtomobili sərhəd xidmətinin əməkdaşları yola tikanlı məftillər düzərək saxlamağa müvəffəq olublar.
36 yaşlı Fransa vətəndaşı onu saxlayan Polşa sərhədçilərinə Rusiyaya yaşamaq məqsədilə keçdiyini açıqlayıb.
Sərhəd xidməti əmakdaşlarının sözlərinə görə,sözügedən şəxsin Rusiyaya giriş vizası olmadığından, o, 1000 zloti (təxminən 240 dollar) cərimələnərək yenidən Polşaya yola salınıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media