Ağ Evdən Kiyevin Rusiyaya zərbə endirməsinə QADAĞA 

Ağ Evdən Kiyevin Rusiyaya zərbə endirməsinə QADAĞA 

Hazırda oxunan: Ağ Evdən Kiyevin Rusiyaya zərbə endirməsinə QADAĞA 

134329

Vaşinqton Kiyevin öz dövlət sərhədlərindən kənara, o cümlədən Rusiya ərazisinə zərbə endirməsinə icazə vermir. 

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukrayna Silahlı Qüvvələrinin Kremlə endirdiyi zərbə ilə bağlı mövzunu müzakirə edərkən deyib.

Xatırladaq ki, mayın 3-də Ukrayna ordusunun dronlarla Kremlə hücum cəhdi barədə məlumat yayılıb. 

Hücum gecə saatlarında həyata keçirilib və hava hücumundan müdafiə  sistemləri tərəfindən zərərsizləşdirilib.

Kreml bunu planlaşdırılan terror aktı və Rusiya prezidenti Vladimir Putinin həyatına qəsd hesab edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO