Ukraynada itkin düşənlərin SAYI  

Ukraynada itkin düşənlərin SAYI  

Hazırda oxunan: Ukraynada itkin düşənlərin SAYI  

134230

Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müharibəsi nəticəsində 23 760 vətəndaş itkin düşmüş hesab olunur. 

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Leonid Timçenko bildirib. 

O qeyd edib ki, müharibə başlayandan indiyədək itkin düşmüş şəxslərlə bağlı 101 543 fakt qeydə alınıb, bundan sonra məlumatlar vahid reyestrə daxil edilib. 

"Daha sonra prioritet yoxlama tədbirləri həyata keçirilib. 54 310 nəfər tapılıb", - Leonid Timçenko deyib. 

Bütün lazımi tədbirlər görüldükdən sonra 31 330 nəfər barəsində axtarış elan edilib, onlardan 7 570 nəfəri tapılıb, qalanları isə xüsusi şəraitdə itkin düşmüş hesab olunur. Bunlara silahlı münaqişə, hərbi əməliyyatlar, müvəqqəti işğallar, təbii və ya texnogen xarakterli fövqəladə hallar daxildir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO