Yaponiya bir neçə adada “Patriot” sistemi YERLƏŞDİRDİ 

Yaponiya bir neçə adada “Patriot” sistemi YERLƏŞDİRDİ 

Hazırda oxunan: Yaponiya bir neçə adada “Patriot” sistemi YERLƏŞDİRDİ 

133828

Yaponiya Müdafiə Nazirliyi ölkənin bir neçə adasında “Patriot” zenit-raket kompleksi yerləşdirib. 

Bizim.Media xəbər verir ki, bu barədə yerli “Kyodo” agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, bu addımın atılmasına səbəb Şimali Koreyanın peyk buraxmaq planlarıdır.

Miyako, İşiqaki və Yonaquni adalarında yerləşdirilən zenit-raket komplekslərinin peyk buraxılan zaman onu daşıyan raketin və ya hissələrinin təhlükə yaradacağı təqdirdə işə salınması planlaşdırılır. 
Xatırladaq ki, sonuncu dəfə “Patriot” kompleksləri 2012 və 2016-cı illərdə Miyako və İşiqaki adalarında yerləşdirilib, o zaman da Şimali Koreya peyk buraxılmasına cəhd edib, lakin o zaman zenit-raket kompleksləri işə düşməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO