Çexiyada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTO

Çexiyada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTO

Hazırda oxunan: Çexiyada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTO

13364

Xocalı soyqırımı həqiqətləri barədə Çex Respublikasının ictimaiyyətini məlumatlandırmaq və qətliamda həlak olanların xatirəsini yad etmək üçün Çexiyadakı Azərbaycan icmasının təşkilatçılığı və orada yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə aksiya keçirilib.

Bizim.Media xəbər verir ki, iştirakçılar şəhərin qədim mərkəzi "Malostranské náměstí" adlanan meydanında Çexiya Parlamentinin binası qarşısında çex və ingilis dillərində "Xocalıya ədalət", "Xocalını xatırla" və digər şüarların və Xocalı soyqırımı haqqında məlumatların yazıldığı plakat, banner və şəkillər nümayiş etdiriblər, yerli sakinlərə broşürlər paylayıblar.

 

MÖVZU İLƏ BAĞLI:

BMT qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi keçirildi - FOTO


Aksiya iştirakçıların Praqadakı Karlov körpüsündən keçərək Staromestska meydanına qədər davam edən yürüşü ilə başa çatıb.

Aksiya zamanı Çexiya Parlamentinin Çexiya və Azərbaycan münasibətləri üzrə Dostluq qrupunun sədri, deputat Zdenek Ondraçek və qrupun üzvü Kveta Matuşovska iştrakçılarla görüşüb, Azərbaycan xalqına başsağlığı veriblər.

Deputat Zdenek Ondraçek aksiya və Xocalı soyqırımı ilə bağlı məlumatları qrupun digər üzvlərinə çatdıracağını bildirib və oxşar hadisə ilə üzləşdikləri üçün azərbaycanlıların kədərini və ağrısını bölüşdüyünü vurğulayıb.

Bununla yanaşı, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Çexiya Parlamenti Deputatlar Palatasına bəyanatla müraciət edən Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə əlaqələndiricisi Eldar Vəliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdiyi Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verib. (APA)

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO