Türkiyədə əsgərləri daşıyan avtobus aşdı - 2 ölü, 45 yaralı var - VİDEO

Türkiyədə əsgərləri daşıyan avtobus aşdı - 2 ölü, 45 yaralı var - VİDEO

Hazırda oxunan: Türkiyədə əsgərləri daşıyan avtobus aşdı - 2 ölü, 45 yaralı var - VİDEO

133575

Türkiyənin Şırnak əyalətində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobus aşıb. 2 əsgər həlak olub, 4-ü əsgər olmaqla 45 nəfər yaralanıb.

Bizim.Media TRT Haber-ə istinadən xəbər verir ki, əza, Şırnak-Uludere quru yolunun Balveren diyarında meydana gəlib.

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobus şarampole aşıb.

Əraziyə çoxlu sayda təcili yardım maşınları göndərilib. İlk təsbitlərə görə 2 əsgər həlak olub, 4-ü əsgər olmaqla 45 nəfər yaralanıb.

Şırnak valisi Osman Bilgin də hadisə yerinə gedərək qəza ilə bağlı məlumat alıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən aşağıdakı açıqlama verilib:

"Şırnakda baş verən avtomobil qəzasında 2 qəhrəman silahdaşımız həlak olub, 4 qəhrəmanımız isə yaralanıb və dərhal xəstəxanaya çatdırılaraq müalicələrinə başlanılıb. Allah rəhmət eləsin. Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən əsgərlərimizin dərdli ailələrinə, türk vətəndaşlarına başsağlığı verir, silahlı qüvvələrimizə və millətimizə səbr, yaralılara isə şəfa diləyirik”.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO