Myanmada etirazlar zamanı hüquq-mühafizə orqanları ilə toqquşmalarda ən azı altı nəfər ölüb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bir nəfər etirazların keçirildiyi Mandalay şəhəri yaxınlığından keçərkən təsadüfən başına güllə dəyib.
MÖVZU İLƏ BAĞLI:
Myanmada minlərlə insanın etirazı davam edir – VİDEO
Daha iki nəfər isə Boqoda polislərin etirazçıları dağıtmaq üçün əməliyyat apardığı zaman ölüb.
Yanqonda da polisin kütləvi küçə nümayişlərinə müdaxiləsi nəticəsində ən az üç nəfər həyatını itirib.
Yerli KİV-də verilən xəbərlərə görə, hərbi çevrilişdən sonra başlayan etirazlar hər gün daha ciddiləşir. Nümayişçilər barrikadalar qurmağa başlayırlar.
Hüquq mühafizəçiləri də öz növbəsində su şırnaqlarından tutmuş silaha qədər daha ciddi vasitələrə əl atırlar.
Bizim.Media