Türkiyənin milli döyüş təyyarəsi (Milli Muharip Ucak - MMU) ölkənin ən iddialı texnoloji layihələrindən biridir və 3000 mütəxəssisin iştirakı ilə həyata keçirilir. Onun ilk uçuşu cari il üçün nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə MMU-nun baş dizayneri Emre Yaban “Anadolu”ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) şirkəti 2006-cı ildə layihə üzərində işə başlayıb və təyyarə artıq uçuşa hazırlıq mərhələsindədir.
Dizaynerin sözlərinə görə, tərtibatçılar daha bir yerli təyyarə olan HÜRKUŞ layihəsi sayəsində əhəmiyyətli təcrübə toplayıblar:
"GÖKBEY vertolyotunun və HÜRJET yüngül hücum təyyarəsinin ərsəyə gəlməsi də mühüm təcrübə olub".
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:01 / 27.04.2023
Türkiyənin ilk döyüş təyyarəsi uçuşa hazırlanır - FOTO
Hazırda oxunan: Türkiyənin ilk döyüş təyyarəsi uçuşa hazırlanır - FOTO
Hazırda oxunan: Türkiyənin ilk döyüş təyyarəsi uçuşa hazırlanır - FOTO
133116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.