Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu ilin əvvəlindən bəri koronavirus xəstəliyi nəticəsində qeydə alınan ölüm hallarının sayının 95 faiz azaldığı barədə məlumat verib.
Bizim.Media xəbər verir ki, ÜST rəhbəri bununla belə virusun hələ də təhlükə mənbəyi olduğunu bildirib.
“Biz COVID-19 virusu nəticəsində qeydə alınan ölüm hallarının getdikcə azalmasından çox fərəhlənirik. Lakin “XBB.1.16” yeni variantın əmələ gəlməsi göstərir ki, virus hələ də dəyişilir və yeni xəstəlik, ölüm dalğaları yaratmağa qadirdir”, - deyə Qebreyesus qeyd edib.
ÜST başçısı ictimai səhiyyə sahəsində COVID-19 virusu ilə bağlı beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin bu il başa çatmasını elan edəcəyinə ümidvar olduğunu deyib: “Lakin bu virus yox olmayacaq və bütün ölkələrin digər yoluxucu xəstəliklərlə yanaşı onun da öhdəsindən gəlmələri vacibdir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:16 / 27.04.2023
Pandemiya bu il BAŞA ÇATACAQ – ÜST
Hazırda oxunan: Pandemiya bu il BAŞA ÇATACAQ – ÜST
Hazırda oxunan: Pandemiya bu il BAŞA ÇATACAQ – ÜST
133076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.